"Milan" texniki direktor Paulo Maldini ilə yolları ayırdığını rəsmən açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
"Milan" 2021/2022 mövsümündə A seriyasının qazanılmasında və klubun Çempionlar Liqasına qayıtmasında verdiyi töhfəyə görə Maldiniyə təşəkkür edib.
Maldini bütün futbolçu karyerasını “Milan”da keçirib. 25 il "qırmızı-qaralar"da çıxış edən Paulonun klub səviyyəsində 26 kuboku var.
Qeyd edək ki, İtaliya mətbuatı Maldini ilə klub sahibi arasında fikir ayrılığı olduğunu və bu səbəbdən vəzifəsindən göndərildiyini yazıb.
Bizim.Media