“Real”dan ayrılan Kərim Benzemanın yeni klubu bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
Məlumata görə, futbolçu gözlənildiyi kimi Səudiyyə Ərəbistanının “Əl İttihad” klubuna keçib.
Fransa yığmasının üzvü ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. O, ilinə 100 milyon avro qazanacaq.

Bizim.Media