Premyer Liqaya vəsiqəni təmin edən “Araz Naxçıvan” ötən mövsüm “Kəpəz”in heyətində 28 oyunda meydana çıxan yarımmüdafiəçi Tural Rzayevi heyətinə qatmaq istəyir.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov yeni futbol ilində gəncəli futbolçunu təcrübəsindən yararlanmaq niyyətindədir.
Qeyd edək ki, “Kəpəz”in kapitanı gəncəlilərin heyətində Premyer Liqada100-ə yaxın oyun keçirib. Rzayev eyni zamanda Litvanın Yüksək Liqa təmsiliçisi “Janova” və Gürcüstanın “Merani” klublarında da legioner həyatı yaşayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media