"Kəpəz"də ayrılıqlar davam edir.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik Salif Sisse və Mario Mustapiçlə də yola davam etmək istəməyib.
Gəncə klubunun rəhbərliyi iki futbolçuya da müqavilə müddətini artırmaq üçün təklif etməyib.
Qeyd edək ki, Salif Sisse "Kəpəz"də 13 oyun keçirib 1 qol vurub. Mario Mustapiç isə 9 matçda 12 top buraxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media