İyunun 8-dən 18-nə qədər Kubanın paytaxtı Havanada Beynəlxalq Ağır Atletika Federasiyasının Qran-Pri yarışı keçiriləcək.
Bizim.Media xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 72 ölkədən 409 atletin iştirak edəcəyi gözlənilir.
Yarışda Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Ölkəmizi Ömər Cavadov (73 kq), Əli Şükürlü və Dadaş Dadaşbəyli (hər ikisi - 102 kq) təmsil edəcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media