"Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante "Əl İttihad"a keçə bilər.
Bizim.Media xəbər verir ki, tərəflər arasında həlledici görüş yaxın bir neçə saat ərzində keçiriləcək. Səudiyyə Ərəbistanı klubunun 32 yaşlı futbolçunu transfer etməyə yaxın olduğu bildirilir.
Kante ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 9 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
O, zədə səbəbindən mövsümün çox hissəsini buraxıb. Yarımmüdafiəçinin londonlularla müqaviləsi yayda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media