“Qarabağ”ı “Buriram Yunayted”ə dəyişən Ramil Şeydayevin Tailand klubundakı məvacibi bəlli olub.
Bizim.Media “Sport-express”ə istinadən xəbər verir ki, 27 yaşlı forvard yeni komandasında illik 750 min avro qazanacaq.
Onun tezliklə rəsmi müqaviləyə imza atacağı bildirilib.
Qeyd edək ki, Ramil Şeydayev geridə qalan mövsümdə Premyer Liqada 22 qol vuraraq bombardir olub.
Rəşad Rafiqoğlu, Bizim.Media