2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, "kimyaçılar" son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib.
Milli komandamızda 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.
Rəşad Rafiqoğlu, Bizim.Media