"Neftçi"nin yarımmüdafiəçi Ata Caber milli komandasını dəyişib.
Bizim.Media xəbər verir ki, 28 yaşlı futbolçu bundan sonra Fələstin yığmasının formasını geyinəcək.
Bu barədə sözügedən ölkə mətbuatı məlumat yayıb. Caber daha əvvəl İsrailin U-21 millisinin formasını geyinib.
O, 8 oyunda iki qol vurub. Caber 2021-ci ilin yayından "Neftçi"də çıxış edir. O, "ağ-qaralar"da 37 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media