"İnter" "Real"ın futbolçusu Naço Fernandesi transfer etmək üçün hərəkətə keçib.
Bizim.Media “El Larguero”ya istinadən xəbər verir ki, Milan təmsilçisi ispaniyalı müdafiəçiyə üç illik müqavilə təklif edib.
İtaliya klubunun rəhbərliyi ona əsas heyətdə yer veriləcəyini də bildirib.
Naço Fernandes bu mövsüm “Real”da 26 görüşün iştirakçısı olub. “Nerazzura” PSJ-yə keçəcəyi gözlənilən Milan Şkrinyarı məhz Naço ilə əvəzləyəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media