“Turan Tovuz” üç futbolçusu ilə müqaviləni yeniləyib.
Bizim.Media xəbər verir ki, əyalət təmsilçisi qapıçıları - Kamal Bayramov və Tərlan Əhmədli, eləcə də müdafiəçi Tərlan Quliyevlə yeni müqavilə bağlayıb.
Hər üç futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Xatırladaq ki, bu oyunçuların hər üçü “Turan Tovuz”a 2022/23 mövsümünün əvvəlində qoşulmuşdu. Adaşlar Tovuz təmsilçisində ilk mövsümlərini keçiriblərsə, Kamal əvvəllər də “Turan Tovuz”da forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media