Aydın Bayramovla yeni anlaşma ilə bağlı razılığa gələ bilməyən "Sumqayıt" yeni qapıçı axtarışındadır.
Bizim.Media xəbər verir ki, hzırda komanda iki qapıçı ilə danışıq aparır.
Onlardan biri "Sabah"da oyun təcrübəsindən əziyyət çəkdiyi üçün iş yerini dəyişməkdə israrlı olan Nicat Mehbalıyevdirsə, digəri "Zirə"dən ayrılan Mehdi Cənnətovdur.
Qeyd edək ki, "kimyaçılar"la müqaviləsinin müddəti ötən ay başa çatan Aydın Bayramovun "Turan Tovuz"a keçəcəyi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media