“Zirə”dən ayrılan təcrübəli futbolçu Coşqun Diniyevin yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 27 yaşlı yarımmüdadfiəçi karyerasını “Səbail”də davam etdirəcək.
Belə ki, Coşqunun atası olan “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oğlunu öz yanına gətirməyə qərar verib. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Maraqlıdır ki, Şahin Diniyevin digər oğlu da “Səbail”də çalışır. O, komandanın məşqçilər korpusunda yer alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media