"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "dənizçilər" yarımmüdafiəçi Ruslan Hacıyevlə yollarını ayırıb. Futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.
"Səbail" bundan əvvəl Luvaqa Kizito, Qustavo De Fransa, Qoba Zakpa və Franko Mazureklə yolları ayırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media