“Neftçi”nin növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” “Səbail”də çıxış edən milli komçandamızın qapıçısı Emil Balayevi transfer etməyə hazırlaşır.
Tərəflər artıq maliyyə məsləsində razılıq əldə ediblər.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Balayev bir müddət Almaniyada “Ayntraxt”da oynadıqdan sonra yenidən Azərbaycana qayıtmışdı. O, Azərbaycanda “Qarabağ”, “Zirə”, “Araz Naxçıvan”, Qazaxıstanda “Tobol” və “Turan” klublarında da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media