“Qəbələ”nin forvardı Ülvi İsgəndərovu heyətinə qatmaq istəyən klubların sayı artır.
Bizim.Media xəbər verir ki, “Sumqayıt” da hücumçuya maraq göstərir.
Samir Abasovun komandası ölkə kubokunun final görüşündən sonra İsgəndərovu heyətinə qatmaq üçün onunla danışıq aparmağa hazırlaşır.
Futbolçu böyük ehtimalla "Qəbələ"də qalmayacaq.
Onun yeni mövsümə hansı komandada başlayacağı isə hələ ki, dəqiq deyil. "Neftçi"yə qarşı keçiriləcək ölkə kubokunun final görüşündən sonra 25 yaşlı hücumçu yekun qərarını verəcək.
Qeyd edək ki, "Qəbələ" yetirməsi olan Ülvi 2019-cu ildə "Sumqayıt"dan ayrılaraq "qırmızı-qaralar"la anlaşmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media