“Sabah”ı tərk edən Abdulaye Ba karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində bir neçə klub maraqlıdır.
Futbolçuya ən çox maraq göstərən “Neftçi”dir. Hazırda mərkəz müdafiəçisi axtarışında olan bakılılar bu boşluğu seneqallı legionerlə doldurmaq istəyir. “Qəbələ”, “Səbail” və “Zirə” də Ba ilə maraqlansa da, futbolçunun yüksək ödənişli olması onun “Neftçi”yə keçmək şansını artırır.
Hazırda “ağ-qaralar” legionerlə danışıqları davam etdirir.
Rəşad Rafiqoğlu, Bizim.Media