"Kəpəz" yeni mövsüm hazırkı legionerləri ilə bağlı qərarlar qəbul edəcək.
Bizim.Media xəbər verir ki, Gəncə klubunun rəhbərliyi Mario Mustapiçlə yola davam etmək istəyir.
Belə ki, yola saldığımız mövsümün qış fasiləsindən sonra “Kəpəz”in qapısını qorumuş xorvatiyalının performansı məşqçilər korpusu tərəfindən bəyənilib. Buna görə də, Mustapiçə yeni müqavilə təklif olunub. Onun komandada qalıb-qalmayacağı isə yaxın vaxtlarda bəlli olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media