Luka Quqeşaşvili tezliklə “Qarabağ”dan ayrıla bilər.
Bizim.Media xəbər verir ki, gürcüstanlı qapıçıya 3 ölkədən təklif gəlib.
Kipr, Yunanıstan və Polşa klubları futbolçunun meneceri ilə danışıqlara başlayıb. Qurban Qurbanov Gürcüstan yığmasına da dəvət alan qapıçının satılmasına etiraz etmir.
Çünki Quqeşaşvilinin əsas heyətdə oynamaq şansı demək olar ki, yoxdur.
Qeyd edək ki, təcrübəli qapıçı ötən ildən “Qarabağ”ın şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media