Portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Əl Nəsr" klubundakı gələcəyi ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, çempionatın mətbuat xidmətinə müsahibə verən ulduz futbolçu, bu liqada oynamaqdan məmnun olduğunu dilə gətirib.
Ronaldo, eyni zamanda gələn mövsümün sonuna kimi "Əl Nəsr"də qalacağını da deyib. Onun klubla müqaviləsi də 2025-ci ildə başa çatır.
38 yaşlı futbolçu "Əl Nəsr"də keçirdiyi 19 oyunda 14 qol vurub, 2 qolun ötürməsini verib. Komanda mövsümü 2-ci pillədə başa vurub.
Bizim.Media