Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda keçirilən dünya çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, 63 kq çəkidə mübarizə aparan idmançı 1/32 finalda Zakariya Muhammed Qaliyə (Səudiyyə Ərəbistanı) qalib gəlib.
O, rəqibini 2:1 hesabı ilə məğlub edib. Kərimov 1/16 finalda Tobias Hittellə (Danimarka) döyüşəcək.
Qeyd edək ki, bu gün həmçinin qadın taekvondoçular +73 kq çəkidə qüvvələrini sınayırlar. Dünya çempionatı iyunun 4-də başa çatacaq.
Bizim.Media