"Real Madrid" rəhbərliyi komandanın baş məşqçisi Karlo Ançelotti ilə bağlı yekun qərarı bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Ançelottinin rəhbərliklə görüşərək vəziyyəti müzakirə etdiyi və onun qalmasına qərar verildiyi bildirilib.
Mənbə bu yay heyətin gücləndiriləcəyini, "Kral klubu"nun bütün mövqelərə yeni futbolçular alacağını vurğulayıb.
Səudiyyə Ərəbistanı "Əl-İttihad"ından illik 100 milyon avro və müxtəlif bonuslar fonunda başgicəlləndirici təklif alan Kərim Benzema gedəcəyi halda, hücum xəttinə bir yox, iki forvardın gətiriləcəyi də diqqətə çatdırılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media