“Səbail” 3 legioneri ilə yollarını ayırıb.
Bizim.Media-ya klubdan verilən məlumata görə, Qoba Zakpa, Kizito Luvaqa və Qustavo de Fransa ilə müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, adıçəkilən oyunçulardan de Fransa əsas heyət üzvü sayılırdı. Braziliyalı müdafiəçi ötən ilin yayından “dənizçilər”in formasını geyinirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media