Futbol üzrə Rusiya yığmasının təlim-məşq toplanışı ləğv edilib.
Bizim.Media xəbər verir ki, buna səbəb isə heç bir yığmanın Rusiya ilə oynamaq istəməməsi olub.
Sonuncu təklif Kameruna verilib, lakin onlar da Rusiya ilə oynamaq istəmədiklərini deyiblər.
Qeyd edək ki, Ukrayna müharibəsinə görə, Rusiya milli komandası UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media