Seneqallı futbolçu Abdulaye Ba "Sabah"dan ayrılıb.
Bizim.Media xəbər verir ki, müqavilə müddəti bitən futbolçu paytaxt klubu ilə vidalaşıb.
"Sabah"la müqaviləmin müddəti başa çatıb və bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız", deyə o, qeyd edib.
Xatırladaq ki, Abdulaye Ba 2022-ci ilin iyulundan "Sabah"da çıxış edirdi. O, Premyer Liqada 2022/2023 mövsümündə 22 oyuna çıxıb və 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media