Azərbaycan milli komandasının hücumçusu Rüstəm Əhmədzadənin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiqləşməyib.
Bizim.Media xəbər verir ki, "Zirə" forvardın xidmətində maraqlı deyil.
Bu mövsümü adıçəkilən komandada keçirən Əhmədzadənin müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdacağı gözlənilir. Amma iddiaya əsasən, Əhmədzadə bu dəfə də, “Qarabağ”da qalmayacaq.
Onun yeni mövsüm başqa kluba icarəyə veriləcəyi ehtimal edilir.
Qeyd edək ki, "Zirka" yetirməsi olan Rüstəm “Aleksandriya”, “Kolos”, “Poddolye”, “Minay” klublarının formasını geyindikdən sonra “Qarabağ”la anlaşmışdı. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media