Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sivasspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan xalsız ayrılıb – 0:1.
Qeyd edək ki, Mahir Emreli də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. “Konyaspor” hazırda 49 xalla 7-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media