"Liverpul" qapıçısı Adrianla müqaviləni yeniləyib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Twitter” səhifəsində yazıb.
O, ispaniyalı qolkiperin yeni sözləşməsinin 1 illik olduğunu bildirib.
Qeyd edək ki, Adrian "Liverpul"a 2019-cu ildə "Vest Hem"dən keçib və ümumilikdə 26 oyunda meydana çıxıb.
Bizim.Media