"Qarabağ" futbolçulardan biri ilə müqavilə müddətini artırıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi uzun müddətdir ki, zədə səbəbindən oynaya bilməyən Abbas Hüseynovla razılıq əldə edib.
Belə ki, Hüseynovla müqavilə müddəti iki illik artırılıb. 27 yaşlı müdafiəçi 2017-ci ildə “İnter”dən (hazırkı “Şamaxı”) “Qarabağ”a keçmişdi. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatırdı.
Rəşad Rafiqoğlu, Bizim.Media