“Qarabağ”ın yay hazırlıq planı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, çempion iyunun 11-də yığışacaq. Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək.
İyunun 22-də isə Ağdam klubu toplanışın əsas mərhələsi üçün Avstriyaya yollanacaq. Maraqlıdır ki, “Qarabağ”ın ölkəyə nə vaxt qayıdacağı dəqiq bilinmir. Bu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsindən asılı olacaq.
Əgər klub ilk oyunu səfərdə keçirməli olsa, Avstriyadan birbaşa həmin ölkəyə yollanacaq. Qurban Qurbanovun yetirmələri rəqibi əvvəlcə Bakıda qəbul edəcəyi təqdirdə isə iyulun 5-nə qədər paytaxta qayıtmalıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media