"Zirə" yayda heyətinə qapıçı cəlb etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, buna görə qəsəbə təmsilçisi qolkiperlərindən biri ilə yollarını ayıracaq.
Mənbənin iddiasına görə, Mehdi Cənnətovla yollar ayrılacaq. 31 yaşlı futbolçu "Sumqayıt"dan "Zirə"yə keçmişdi. O, buna qədər "Anji", "Baltika" komandalarının qapısını qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media