“Tottenhem”in və PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino “Çelsi”ylə müqavilə imzalayıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq.
51 yaşlı mütəxəssisin “zadəganlar”la müqaviləsi 2 il müddətinə nəzərdə tutulub.
Poçettinonun məşqçilər korpusunda Xesus Peres, Miqel D’Aqostino, Toni Ximenes və Sebastiano Poçettino da yer alacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media