Prezident və xanımı taekvondo üzrə dünya çempionatının AÇILIŞ MƏRASİMİNDƏ - VİDEO

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub.

İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək. 

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb. 

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir. 

Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb.

Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib.

Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra Azərbaycanda təşkil olunur.

Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Həmin qətli törədən şəxs TUTULDU

Həmin qətli törədən şəxs TUTULDU

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

Yolu bağlanan Qonaqkəndə ərzaq aparıldı - FOTO/VİDEO

Yolu bağlanan Qonaqkəndə ərzaq aparıldı - FOTO/VİDEO

İsrail ordusu Livanda raket qurğusunu məhv etdi - VİDEO

İsrail ordusu Livanda raket qurğusunu məhv etdi - VİDEO

Rusiyada çinli fəhlələr maaşların verilməməsinə görə etiraz edirlər - VİDEO

Rusiyada çinli fəhlələr maaşların verilməməsinə görə etiraz edirlər - VİDEO

Qusarda güclü yağışların fəsadları aradan qaldırılır - FOTO

Qusarda güclü yağışların fəsadları aradan qaldırılır - FOTO

Avropa İttifaqında mənzil bahalaşır: Qiymətlər ən çox hansı ölkələrdə artıb?

Avropa İttifaqında mənzil bahalaşır: Qiymətlər ən çox hansı ölkələrdə artıb?

İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanıldı

İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanıldı

Trampdan Çinə XƏBƏRDARLIQ - Rəsmi Pekin İrana silah göndərir?

Trampdan Çinə XƏBƏRDARLIQ - Rəsmi Pekin İrana silah göndərir?

Salyanda avtomobil aşdı - Qadın sərnişin öldü

Salyanda avtomobil aşdı - Qadın sərnişin öldü

End of content

No more pages to load

RADİO