Bakıda taekvondo üzrə dünya çempionatı başlayıb.
Bizim.Media xəbərü verir ki, milli komandamızın mübarizəyə qoşulan üzvü Cavad Ağayev yarışa qələbə ilə başlayıb.
68 kq çəki dərəcəsində iştirak edən təmsilçimiz mundiala ikinci mərhələdən başlayıb və Qırğızıstanlı Eldar Kurmanaliyevlə qarşılaşıb.
Görüşün əvvəllərindən üstünlük əldə edən Ağayev sonda 10-1 hesabı ilə inamlı qələbə qazanıb. Növbəti mərhələdə o, Çin idmançısı Çen Minq Ksyao ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media