"Qəbələ" legionerlərdən biri ilə müqavilə müddətini artırmayacaq.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Andriy Strijyakla yollarını ayıracaq.
Buna səbəb 23 yaşlı futbolçunun yaydan bu yana özünü sübut edə bilməməsidir. Klub ukraynalı ilə müqavilə müddətini artırmağa ehtiyac duymayıb.
"Şaxtyor"un yetirməsi olan Strijyak “Qəbələ”yə qədər “Arsenal”(Kiyev), “Vorskla”, “Çernomorets”, “Metallist”(Xarkov), “Olimpik”(Donetsk), “Medimurye” klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media