Çempionatda 21 qol vuran Musa Qurbanlıdan AÇIQLAMA

“Qol vurmaq istəmədiyim, bundan ötrü dəridən-qabıqdan çıxmadığım oyun olmayıb”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

21 qol vurmasına baxmayaraq, çempionatın bombardiri ola bilməyən gənc hücumçu buna görə üzülmədiyini bildirib:

“Mən hər oyunda qol vurmaq istəyirəm. “Turan Tovuz”la qarşılaşma da istisna deyildi. Əlbəttə, kim bombardir olmaq istəməz? Amma çox məyus olmuram. Çünki 21 qol vurdum. Ən məhsuldar oyunçu da başqası yox, özümüzünkü - Ramil Şeydayev oldu. Onun adına da çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş”.

21 yaşlı forvard cari mövsümdə qazanılan çempionluğu əvvəlkilərlə müqayisə etməyi düzgün hesab etməyib: “Hər mövsümün öz çətinliyi var. Ümumiyyətlə, asan mövsüm olmur. Nə qədər çox qələbə qazansaq, kənardan asan görünər.
Amma hər bir oyun çətin olur. Burada bizim illik əziyyətimizin bəhrəsi var. Ola bilər ki, meydanda qələbələr qazana bilərik, ancaq ondan kənarda çəkdiyimiz əziyyətlər görünməz. Heç bir mövsümü digərindən ayırmıram. Təkcə futbolçuların yox, məşqçilərin, klub işçilərinin, rəhbərliyin böyük əziyyəti var. Buna görə də, hər mövsüm çempion olanda böyük sevinc yaşayırıq”.

M.Qurbanlı “Sabah”ın çempionluq uğrunda onlarla mübarizə aparmasına sevindiyini söyləyib:

“Sabah” bizə bir az çətinlik yaşatdı. “Sabah” kimi bir klubumuzun olması bizi sevindirir. Bu, çempionatın inkişafına təkan olar. İstərdik ki, həm “Sabah”, həm “Neftçi”, həm “Zirə”, həm “Qəbələ”, həm də digər klublarımız çox inkişaf eləsinlər, maraqlı çempionatımız olsun. Bunun bizə ancaq köməyi ola bilər”.

Azərbaycan millisinin üzvü legioner həyatı yaşamaq variantını da dəyərləndirib. O, buna atası Qurban Qurbanovla birgə qərar verəcəklərini vurğulayıb:

“Bu barədə hələ dəqiq qərar verilməyib, söhbətimiz olmayıb. Bunun üçün çempionatın bitməsini gözləyirdik. Qərarı atamla bir yerdə verəcəyik. Çünki nəticədə gedib oynamalı olan mənəm. Amma atamın qərarı, məsləhəti olmadan addım atmaram.

Çünki onun təcrübəsi məndən qat-qat çoxdur. Təklifi mənim özümə yox, kluba göndərirlər. Rəsmi təklif edilsəydi, yəqin ki, xəbərimiz olardı. Maraqlananların olması yəqin ki, normaldır. Çünki gənc futbolçu qollar vuranda maraqlanırlar. Bu barədə ətraflı söhbətimiz olmayıb”.

O, “Qarabağ”da qalacağı təqdirdə, avrokuboklarda da qollar vurmaq arzusunda olduğunu gizlətməyib:

“Mənim işim çıxıb meydanda oynamaqdır. Bunu zaman göstərəcək. Bilirsiniz, ölkə çempionatında 30-dan çox oyun olur, avrokuboklarda isə bir rəqiblə iki dəfə qarşılaşırsan. Bunun da düzələcəyinə inanıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Son günlər sosial şəbəkələrdə ekstremist məzmunlu materiallar niyə yayılır?

Son günlər sosial şəbəkələrdə ekstremist məzmunlu materiallar niyə yayılır?

Mənzil bazarında kəskin BAHALAŞMA – RƏSMİ STATİSTİKA

Mənzil bazarında kəskin BAHALAŞMA – RƏSMİ STATİSTİKA

Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə - FOTO

Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə - FOTO

Azərbaycanda tikilən evlərin sayı AÇIQLANDI – ÖZƏL

Azərbaycanda tikilən evlərin sayı AÇIQLANDI – ÖZƏL

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

Gündə neçə stəkan çay içməliyik?

Gündə neçə stəkan çay içməliyik?

Ötən il Azərbaycanda bu xəstəliklər ARTIB

Ötən il Azərbaycanda bu xəstəliklər ARTIB

Bakıda oğurluq edən qardaşlar saxlanıldı – ANBAAN VİDEO

Bakıda oğurluq edən qardaşlar saxlanıldı – ANBAAN VİDEO

TƏCİLİ! Bakıda qar yağacaq, çovğun və şaxta olacaq – XƏBƏRDARLIQ

TƏCİLİ! Bakıda qar yağacaq, çovğun və şaxta olacaq – XƏBƏRDARLIQ

Türkiyə klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Türkiyə klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Azərbaycanda qazi virusdan həyatını itirdi

Azərbaycanda qazi virusdan həyatını itirdi

Prezident və birinci xanım İsveçrədə səfərdədir – FOTO

Prezident və birinci xanım İsveçrədə səfərdədir – FOTO

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

Ermənistanla Rusiya arasında “Karapetyan düyünü” – Həbs olunan milyarderin MÜƏMMALI AQİBƏTİ

Ermənistanla Rusiya arasında “Karapetyan düyünü” – Həbs olunan milyarderin MÜƏMMALI AQİBƏTİ

Eniş zamanı sərnişin təyyarəsinin şassisi qopdu – ANBAAN VİDEO

Eniş zamanı sərnişin təyyarəsinin şassisi qopdu – ANBAAN VİDEO

Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı

Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı

Hindistan səfiri Şəhidlər xiyabanını ziyarət etməyib – FOTO

Hindistan səfiri Şəhidlər xiyabanını ziyarət etməyib – FOTO

Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

“Milan” evdə qalib gəldi - VİDEO

“Milan” evdə qalib gəldi - VİDEO

Azərbaycanda nikahların sayı azalıb – Boşanmalar isə...

Azərbaycanda nikahların sayı azalıb – Boşanmalar isə...

İsrailin Azərbaycandakı keçmiş səfiri vəfat etdi

İsrailin Azərbaycandakı keçmiş səfiri vəfat etdi

Sabah Bakıda bu yollar BAĞLANACAQ – SİYAHI

Sabah Bakıda bu yollar BAĞLANACAQ – SİYAHI

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO