Portuqaliyanın Koimbra şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri başlayıb.
Bizim.Media xəbər verir ki, yarışın ilk günü oğlanların yarışında 50, 55 və 60 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
50 kq çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb.
Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib. 55 kq çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media