“Səbail” klubunun rəhbərliyi komandanın Premyer Liqada qalmasına görə oyunçuları mükafatlandırıb.
Bizim.Media xəbər verir ki, hər futbolçuya 7 min manat mükafat veriləcək.
Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib. O bildirib ki, əvvəlcədən 5 min manat mükafat qoyulub. Ancaq matçdan sonra xahiş edib ki, məbləğ artırılsın.
Bundan sonra mükafat 7 min manata yüksəldilib. Ş.Diniyev sözügedən matçdan sonra mətbuat konfransında deyib: “Dedilər, nə qədər istəyirsiz, olsun. Futbolçular buna layiqdirlər”.
Rəşad Rafiqoğlu, Bizim.Media