Şamaxı” Misli Premyer Liqasının 36-cı turunda “Səbail”lə matçda ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın əsas qapıçısı Rəşad Əzizli zədələnərək meydanı vaxtından əvvəl tərk edib.
O, 13-cü dəqiqədə rəqib futbolçu Adil Nağıyevlə toqquşub və mübarizəni davam etdirə bilməyib. Əzizlini isə Əkpər Vəliyev əvəzləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media