Ağdamda şəhidlərin xatirəsinə həsr edilmiş voleybol turniri təşkil edilib.
Bizim.Media xəbər verir ki, turnirdə rayonun səkkiz komandası öz gücünü sınayıb.
Ağdamın Bənövşələr qəsəbəsində keçirilən turnirin finalçıları ev sahibi komanda və Sarıcalı kənd komandası olub. Gərgin idman mübarizəsi 3:1 hesabı ilə yerli komandanın qalibiyyəti ilə sona çatıb.
Komanda üzvləri ənənəvi olaraq birincilik kubokunu şəhid Sərvan Göyüşovun ev muzeyinə hədiyyə edib. Kuboku başı üzərinə qaldıran şəhid atası, Qarabağ qazisi Mehman Göyüşov turnir iştirakçıları tərəfindən alqışlanıb.
O gələcəkdə də idman turnirlərinin keçirilməsinin, ölkədə idmanın inkişafının tərəfdarı olduğunu diqqətə çatdırıb.
Qeyd edək turnir Bənövşələr qəsəbə gənclərinin təşəbbüsü ilə təşkil edilib.





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu