Rusiyanın “Ximki” klubunun qapıçısı Vitali Qudiyevin ölkəmizə gəlişi baş tutmayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan klublarının biri ilə danışıq aparan qolkiper ölkəmizdə oynamaq istəməyib.
Hazırda o, Rusiya klublarından təklif gözləyir.
Qeyd edək ki, “Ximki” mövsümün nəticələrinə görə Rusiya Premyer Liqasını tərk edib və növbəti mövsümdən aşağı dəstədə mübarizə aparacaq. Vitali Qudiyev vaxtilə milli komandamızın şərəfini qoruyan Kazimir Qudiyevin oğludur.
Rəşad Rafiqoğlu, Bizim.Media