Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün "Sərhədçi" İdman Mərkəzində "Sabah" və "Gəncə" komandaları qarşılaşıblar.
Matç gəncəlilərin 93:90 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra final seriyasında hesab bərabərləşib.
Tərəflər hərəsi iki dəfə qələbə qazanıblar.
Final seriyasının sonuncu - beşinci qarşılaşması 30 may tarixində baş tutacaq.





Rəşad Rafiqoğlu, Bizim.Media