Almaniya 2027-ci il buzüstü xokkey üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb.
Bizim.Media xəbər verir ki, qərar Finlandiyanın Tampere şəhərində keçirilən Beynəlxalq Buzüstü Xokkey Federasiyasının illik konqresində qəbul olunub.
Almaniyanın səsvermədə əsas rəqibi Qazaxıstan olub. Almanlar yekunda 75 faiz səslə qalib olublar.
Rəşad Rafiqoğlu, Bizim.Media