Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb. 66 kq çəkidə Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib.
Həlledici döyüşə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media