Azərbaycan birinci divizionunun qalibi, yeni mövsüm Premyer Liqada mübarizə aparan "Araz Naxçıvan" heyətini gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisinin transfer siyahısında ölkə xaricində çıxış edən azərbaycanlılar da var.
"Dauqavpils"də oynayan Nazim Həsənzadə qarşıdakı mövsümə “Araz Naxçıvan”da başlaya bilər.
Latviya klubunda oynamaq şansı tapmayan futbolçunu geri qayıtmaq şansı yüksəkdir.
Rəşad Rafiqoğlu, Bizim.Media