“Barselona”nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike PSJ-ni idarə edə bilər.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu ispaniyalı mütəxəssisin təyinatını nəzərdən keçirir.
Enrikenin adı daha əvvəl “Çelsi”, “Tottenhem” və “Napoli”ylə hallanıb. Qeyd edək ki, PSJ-ni hazırda Kristof Qaltye çalışdırır.
Rəşad Rafiqoğlu, Bizim.Media