"Zirə" mövsümün sonunda müqaviləsi başa çatacaq Hamidu Keytaya yeni müqavilə təklif edib.
Bizim.Media xəbər verir ki, yeni müqavilədə futbolçuya daha yüksək maaş təklif olunub.
Çünki növbəti mövsümdə daha iddialı olmağı düşünən qəsəbə təmsilçisi bu mənada ən aparıcı futbolçularından birini itrmək istəmir. Ancaq futbolçu özü hələlik təklifi qəbul etməyib və mövsümün sonunu gözləyir. "Zirə" avrokuboklara düşə bilməsə, Keyta klubu tərk etmək istəyir.
Qeyd edək ki, futbolçuya “Qarabağ” klubu maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media