“Sabah” klubu daha iki legioneri göndərəcək.
Bizim.Media xəbər verir ki, daha öncə mətbuatda Zurab Oçiqavanın komandadan göndəriləcəyi yazılmışdı.
Ukraynalı müdafiəçi baş məşqçi Murad Musayevin planlarına daxil deyil. Abdullaye Ba da “Sabah”da son günlərini yaşayır. Portuqaliyalı oyunçunun performansı məşqçilər heyətinin razı salmır.
Onunla yayda yolların ayrılacağı bildirilir.
Rəşad Rafiqoğlu, Bizim.Media