"Traktor"un sabiq üzvü Peyman Keşavarz yenidən Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, son olaraq "Kəpəz"də oynamış 28 yaşlı müdafiəçinin "Turan Tovuz"a keçmək variantı yaranıb.
Gəncə klubundan ayrıldıqdan sonra klubsuz qalan müdafiəçinin yayda Tovuz klubunun düşərgəsinə qoşulacağı gözlənilir. O, məşqçilər korpusunun etimadını qazanarsa, yeni mövsümə "Turan Tovuz"da başlayacaq.
Qeyd edək ki, Keşavarz "Traktor", "Maşinsazi", "İstiqlal", "Qostareş", "Sumqayıt", "Səbail" klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media