“Qəbələ”nin futbolçularına bir çox klublardan cəlbedici təkliflərin gəlməsilə bağlı xəbər vermişdik.
Bizim.Media-nın əldə etdiyi məlumata görə həmin futbolçulardan da biri Məqsəd İsayevdir.
Cinah müdafiəçisi böyük ehtimalla klubla mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək. Çünki futbolçuya “Səbail”dən ciddi təklif gəlib. “Dənizçilər” Premyer Liqada qalacaqları təqdirdə İsayevi heyətinə qatmağı planlaşdırır. Bunun üçün “Səbail” Məqsədə illik 100 min avro maaş təklif edib.
Bu cəlbedici təklifə “hə” deyən təcrübəli oyunçu klubunu dəyişməyə hazırlaşır.
Rəşad Rafiqoğlu, Bizim.Media